Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
Futbolinfo.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycan millisi yarışda 6 cüdoçu ilə təmsil olunacaq.
Yarış Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.
-60 kq.
Rövşən Əliyev – Nurkanat Serikbayev (Qazaxıstan)/ Mutaz Xavca (Səudiyyə Ərəbistanı)
Əhməd Yusifov – Moritz Plafki (Almaniya)
-66 kq.
Kamran Süleymanov – Vilcar Lipard (Estoniya)
Ruslan Paşayev – Lennart Slamberqer (Almaniya)
-73 kq.
Nəriman Mirzəyev – Bahruzi Xocazoda (Tacikistan)
Rəşid Məmmədəliyev – Şaxram Ahadov (Özbəkistan)