“Zirə” bir müddət öncə yollarını ayırdığı Nemanya Andelkoviçi geri qaytarıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, o, cari mövsümün sonuna qədər bu komandada çıxışını davam etdirəcək.

Andelkoviçin dönüşü heç də təəccüblü deyil. Belə ki, futbolçu komandadan ayrılarkən yeni klub tapa bilməyəcəyi halda geri qayıdıb müqaviləsi bitənədək “Zirə”də oynaması barədə razılıq əldə olunub. Nemanya da bu müddətdə klub tapa bilmədiyindən geri qayıtmaq istədiyini bildirib və dönüşü reallaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp