“Barselona” “Mançester Siti”nin futbolçularından əl çəkmir. İspaniya klubu “şəhərlilər”in üç oyunçusunu birdən transfer etməyə çalışır.

Futbolinfo.az “sport.es”ə istinadla xəbər verir ki, İlkay Gündoğan, Xulian Alvares və Bernardo Silva yayda İngiltərədən ayrıla bilər. Xüsusilə İlkayın gedişi daha real görünür. Onun “Siti” ilə müqaviləsi başa çatır və hazırkı klubundan yeni təklif almayıb.

Silva da İngiltərədən ayrılmağın əleyhinə deyil. O, klubların razılığı olacağı təqdirdə klubunu dəyişə bilər. Alvares isə yeni müqavilə bağlamağa hazırlaşır. “Siti” yayda transfer etdiyi argentinalı ilə anlaşmanın müddətini uzatmaq niyyətindədir. Lakin daha yaxşı şərtlər təklif edən “Barselona” variantının ortaya çıxması üzündən futbolçu qərar verməyə tələsmir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp