Portuqaliyalı sabiq futbolçu Rikardo Kuaresma bu gün oynaya bilmədiyi üçün təəssüflənir. Ötən yay “Gimaraynş”dan ayrılandan sonra klubsuz qalan 39 yaşlı hücumçu indiki gənclərə paxıllıq edir.

Futbolinfo.az xəbər verir ki, 2001-ci ildən peşəkar karyerası olan, bir çox komandalarda oynamış “Sportinq” yetirməsi onun zamanında indiki pulların olmadığını deyir: “Kaş 18 yaşında olardım. İndiki gənclər imkanlarının, onlara yaradılan fürsətlərin fərqində deyil. Mən oynayarkən başqalarından daha yaxşı olmağa məcbur idik. İndi hamının haqqında danışdığı bir çox gənc oyunçu var, lakin mənə görə çox da yaxşı deyillər. 80-100 milyon avrodan söhbət gedir, amma istedadları buna dəyməz”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp