“Liverpul”un sahiblərinin klubu satmayacağını bəyan etməsindən sonra amerikalı investorlar fərqli yola əl atıb. Mersisaydlıları almaq arzusu baş tutmayan ABŞ-ın media nəhəngi “Liberty Media” indi də İngiltərə klubuna sərmayə qoymaq istəyir.

2017-ci ildən “Formula 1″in sahibi olan şirkət Mersisayd təmsilçisinin səhmlərinin bir qismini almaq niyyətindədir. “Liverpul”un sahibləri bunun əleyhinə deyil. Onlar klubda əsas söz haqqını əldən verməmək şərti ilə əlavə layihələrə sərmayə yatırılmasına razıdır.

“Telegraph”ın yazdığına görə, klubun hazırkı sahibi “Fenway Sports Group” investorlar axtarışındadır və bu təklif ətrafında müzakirə aparmağa razılıqlarını bildiriblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp