Milyonlarla azarkeşi olan Formula 1-in yeni mövsümü başlayır. Artıq yeni çempionatın rəsmi başlama proseduru bəllidir. Belə ki, “Netflix”də Drive to Survive-ın 5-ci mövsümü yayımlanır və Bəhreyndə də mövsümöncəsi testlər arxada qalıb.

Hər il olduğu kimi, hamını maşınların tempini görənə qədər hansı komandanın sürətli olması sualı maraqlandırır. Ancaq bunu müəyyənləşdirmək elə də asan deyil. Çünki bu il testlər cəmi 3 gün olub. Təsəvvür edin ki, futbolda bir komandaya mövsümdən əvvəl cəmi 2 saat topla məşq etməyə imkan verilir.

Testlər qısa olsa da, Formula dünyasında təcrübəli ekspertlər var. Onlar kiçik detallara fikir verərək müəyyən nəticəyə gələ bilirlər. Məhz elə bunlar da hamı üçün əsas maraq doğurur: bütün il üçün bolidi müəyyənləşdirən dahiyanə qərarlar, vacib dəyişikliklər, keçidlər və innovasiyalar. Bunlara diqqət yetirək. Görək komandalar bizi nə ilə təəcübləndirib?

“Aston Martin” – yarışa rəng qatacaq komanda

2023-cü ildə komandaların hamısı rənglərini qaraya doğru hərəkət etdirdi. Səbəb isə bir neçə kq yüngüllük və təqribən 0,1 saniyə sürətli olmaq istəyidir. Lakin Fernando Alonsonun komandası bir qədər də irəli gedərək yan tərəflərdə dəlik eləyib.

328556783 704470054802051 8964923439319109488 n 1 - Futbolinfo.az
334558427 159332856920552 8610535919728057489 n 1 - Futbolinfo.az

Bu dəlik altlığa qədər uzanır və sonra yuxarı qalxır. Bəs bunu etməkdə məqsəd nədir? Tanınmış ekspert Kreyq Skarboronun fikrincə, hava axını sürətli olduqda dəliyə daxil olan hava fırlanaraq həmin boşluğu qapadacaq. Yəni hava axını həmin yerdə sanki dəlik yoxmuş kimi toxunub altlığa doğru irəliləyəcək. Bunun da üstünlüyü kütlənin azaldılmasıdır. Lakin belə bir şeyin tarixdə ilk dəfə edildiyini nəzərə alsaq, hansı əks-təsirlərə səbəb olacağını da söyləmək çətindir.

“Ferrari”nin ön asılqanı

Bu, İtaliya komandasının 2023-cü il üçün ən vacib yeniliyidir.

334207741 587427613283685 6320657620047740228 n 1 - Futbolinfo.az
334713387 755880699167467 5020836022925849001 n 2 - Futbolinfo.az

Məhz bunun sayəsində maşının aerodinamik effekti xeyli çox olacaq. Keçən il skuderiya məhz buna görə “Red Bull”a uduzurdu. Mühərrikin gücünün eyni olmasına baxmayaraq, “Ferrari” təqribən 4,8% müqavimətlə rastlaşırdı.

Həmçinin SF-23 peletonda yeganə maşındır ki, pantonları geriyə doğru yuxarı qalxır. Hava axını yenə də pantonların yuxarı səthi ilə arxa qanada göndərilir və maşının arxasında asfaltayatma qüvvəsi generasiya olunur. Keçənilki problemlərdən olan yellənmə tam həll olunmayıb, uzun düzlüklərdə maşının yellənməsi aydın görünür. SF-23 sürətlidir, amma təkərləri yenə də tez yeyilir.

“Red Bull” – hər şey Ferstappenin çempionluğu üçün planlanıb

334742991 195131273207840 7123297591684777961 n 1 - Futbolinfo.az

Arxada qoyduğumuz fasilə zamanı “Red Bull”un keçənilki üstünlüyü itməyib, əksinə, daha da artıb. Yeni RB19-da sələf maşının bütün nöqsanları aradan qaldırılıb, üstünlüklər isə bir qədər də inkişaf etdirilib. Testlər ərzində RB19 bütün döngələrdə özünü ideal aparırdı. Maşının arxa hissəsi həm sürətlənmədə, həm də əylənmədə sabitdir. Sırf Ferstappen üçün yığılan şassidə keçən il də yellənmə yox idi, bu il də, yəqin ki, olmayacaq.

“Mersedes” – ən novator komanda

Peletonun ən maraqlı komandaların birində yeniliklər çoxdur. Amma faydasının çox olduğunu söyləmək olmaz. Elə şəkildə gördüyünüz bu antiqanadı qeyd etmək olar. Bu turbulentliyi maşından kənara yönləndirmək üçün düşünülüb. Eyni funksiyanı Ferraridə pontonlar icra edir.

334545966 1257955134799589 8796977878129353776 n 2 - Futbolinfo.az
334299612 959187828405985 7617089129735428593 n 2 - Futbolinfo.az

Komandada yeganə sevindirici xəbər yellənmənin olmamasıdır. Bunu Toto Volf açıqlamasında bəh-bəhlə qeyd edirdi. Lakin digər problemlər həll olunmayıb. Maşında bəzi döngələrdə çatışmaz dönüşlük, bəzilərində izafi dönüşlük yaranır. Sazlanmaların axtarışı uzun vaxt çəkir. Deməli, sazlanmalar pəncərəsi yenə dardır. Uzun düzlüklərdə havaya qarşı müqavimət, demək olar ki, azalmayıb. Maksimal sürət də yüksək deyil. Bütün bunlar komandanı narahat edir. Lakin komanda gecikib. İlk 3 yarış böyük ehtimalla qurban veriləcək. Yeniliklər Azərbaycan Qran-Prisinə gətiriləcək.

“McLaren” – uğursuzluqlar davam edəcək

334625197 1276401706556502 910239759324357663 n - Futbolinfo.az

“McLaren” ən çox azarkeşə malik komanda olmaqla yanaşı, həm də testlərdən sonra ən çox sarsıntı yaşadan komanda oldu. Aerodinamik elementlər o qədər incə düzəldilib ki, onlar ya qırılır, ya da çatlayır. Görünən odur ki, tarixi komanda nəinki liderlərə çatmayacaq, hətta orta qrupdan uzaqlaşaraq autsayderlərin yanında yer alacaq.

Beləliklə, mövsümöncəsi testlərə nəzər salaraq, belə qənaətə gəlmək olar:

– “Red Bull” mövsümün aşkar favoritidir.

– “Ferrari” də güclüdür. Lakin onlar Ferstappenlə mübarizə apara biləcəklərmi? Düzlükdəki problemləri həqiqətən də həll ediblərsə, şans olacaq.

– “Mersedes” qeyri-sabitdir.

– Testlərin əsas sürprizi “Aston Martin”dir.  Bəzilərinə görə, Alonsonun komandası hətta “Ferrari”yə rəqib ola bilər.

– “Alfa Romeo” orta qrupda lider olmaq şansına malikdir.

– “McLaren” hamını məyus edib. Komanda yarışdan çox bolidin üzərinə reklam yazıları yapışdırmağı düşünüb.

Bir şeyi unutmaq lazım deyil. Testlərdə hansısa maşının sürətli nəticə göstərməsi bizi aldatmamalıdır. Yanacaq çənində mayenin miqdarını heç kim bilmir. Amma bəzi ekspertlər, mütəxəssislər testlərdə müəyyən nöqtələrdə, döngələrdə dayanaraq maşının davranışını qiymətləndirirlər. Düzlüklərdə maşının sürətlənməsini, əyləc nöqtələrində yavaşlamasını izləyirlər. Bokslarda isə uzun dövrələr seriyasından sonra qayıdarkən təkərlərin vəziyyəti çox şeyi deyir. Bütün bu məlumatlara görə ekspertlər mövsümöncəsi qüvvələr nisbətinin təxmini vəziyyətini tərtib ediblər:

1. “Red Bull”

2. “Ferrari”/“Aston Martin” – + 0.2 saniyə

4. “Mercedes”/“Alpine” – + 0.6 saniyə

6. “Haas”/”Alfa Romeo”/“McLaren” – 1.05 saniyə

9. “Williams” – 1.25 saniyə

10. “AlphaTauri” – 1.45

Lakin bütün suallara ilk təsnifatdan sonra cavab tapmaq mümkün olacaq. Bu səbəbdən də bir qədər də gözləmək lazımdır. Artıq şənbə günü Bəhreyndə kimin kim olduğunu görəcəyik. Hələlik isə çempionatın təqvimini nəzərinizə çatdıraq.

Azərbaycan qran-prisi aprelin sonlarında keçiriləcək. Qarşıdakı günlərdə paytaxtımızda baş tutacaq yarış haqda da yazımız olacaq.

Bəhreyn qran-prisi. 3 mart – 5 mart, 5412 m-lik 57 dövrə (308.238 km)

Səudiyyə Ərəbistanı qran-prisi. 17 mart – 19 mart, 6174 m-lik 50 dövrə (308.450 km)

Avstraliya qran-prisi. 31 mart – 2 aprel, 5278 m-lik 58 dövrə (306.124 km)

Azərbaycan qran-prisi. 28 aprel – 30 aprel, 6003 m-lik 51 dövrə (306.049 km)

Mayami qran-prisi. 5 may – 7 may, 5410 m-lik 57 dövrə (308.370 km)

İmola qran-prisi. 19 may – 21 may, 4909 m-lik 63 dövrə (309.049 km)

Monako qran-prisi. 26 may – 28 may, 3337 m-lik 78 dövrə (260.286 km)

İspaniya qran-prisi. 4 iyun – 6 iyun, 4675 m-lik 66 dövrə (308.424 km)

Kanada qran-prisi. 16 iyun – 18 iyun, 4361 m-lik 70 dövrə (305.270 km)

Avstriya qran-prisi. 30 iyun – 2 iyul, 4318 m-lik 71 dövrə (306.452 km)

Böyük Britaniya qran-prisi. 7 iyul – 9 iyul, 5891 m-lik 52 dövrə (306.198 km)

Macarıstan qran-prisi. 21 iyul – 23 iyul, 4381 m-lik 70 dövrə (306.630 km)

Belçika qran-prisi. 28 iyul – 30 iyul, 7004 m-lik 44 dövrə (308.052 km)

Niderland qran-prisi. 25 avqust – 27 avqust, 4252m-lik 72 dövrə (306.144 km)

İtaliya qran-prisi. 1 sentyabr – 3 sentyabr, 5793 m-lik 53 dövrə (306.720 km)

Sinqapur qran-prisi. 15 sentyabr – 17 sentyabr, 5065 m-lik 61 dövrə (308.828 km)

Yaponiya qran-prisi. 22 sentyabr – 24 sentyabr, 5807 m-lik 53 dövrə (307.741 km)

Qətər qran-prisi. 6 oktyabr – 8 oktyabr, 5380 m-lik 57 dövrə (306.660 km)

ABŞ qran-prisi. 20 oktyabr – 22 oktyabr, 5513 m-lik 56 dövrə (308.896 km)

Meksika qran-prisi. 27 oktyabr – 29 oktyabr, 4304 m-lik 71 dövrə (305.354 km)

Braziliya qran-prisi. 3 noyabr – 5 noyabr, 4309 m-lik 71 dövrə (305.939 km)

Las-Veqas qran-prisi. 16 noyabr – 18 noyabr,  m-lik dövrə ( km)

Əbu-Dabi qran-prisi. 24 noyabr – 26 noyabr, 5281 m-lik 58 dövrə (306.183 km)

SİYAVUŞ ƏLİYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp