Vilfred Zaha yeni mövsümə “Tottenhem”də başlayacaq. Futbolçu “Tottenhem”lə şəxsi müqaviləsinin detallarını razılaşdırıb.

“Kristal Pelas”dan yeni müqavilə təklifi almayan afrikalı yayda azad agent olacaq. O, 9 ildir oynadığı komandanı London təmsilçisinə dəyişəcək.

“Tottenhem”lə imzalanacaq müqavilənin müddəti açıqlanmır. Oyunçunun həftəyə 130 min funt-sterlinq maaş alacağı isə dəqiqdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp