“Arsenal” İngiltərə çempionatları tarixində hansısa rəqibi üzərində 100 qələbə qazanan ilk komanda oldu. Londonlular bunu dünən “Everton”u 4:0 hesabı ilə yenərək bacardı.

Matçdan sonra “topçular”ın qapıçısı Aaron Ramsdeyl komandanın çıxışı barədə danışıb: “Bizi irəli aparan şey ötən illərin yaralarıdır. Kimsə olanları unutmayıb.Özəlliklə digər komandalarla müqayisədə bizə çox zərbələr dəydi. Mövsümün sonunda səhvlərimizi xatırlayacağıq, lakin indi mümkün olanı etməli və ya etməyə çalışmalıyıq. Hədəfimizə çata bilməsək də, bunun üçün bacardığımız hər şeyi etdiyimizi deməyimiz lazımdır. Ötən il səviyyəmizin altına düşmüşdük, məşqdə, oyunlarda bəzən mümkün olan hər şeyi etmədik. Bu, bizim üçün dərs idi, nəticə çıxarmışıq və zirvədəyik”.

Xatırladaq ki, “Arsenal” hazırda Premyer Liqanın lideridir və ən yaxın rəqibi “Mançester Siti”ni 5 xal qabaqlayır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp