“Real” fanatları bu dəqiqələrdə etiraz aksiyası keçirir. Madridlilər adı hakimləri maliyyələşdirməkdə suçlanan “Barselona”ya qarşı şüarlar səsləndirir.

Bir neçə dəqiqə sonra bu komandalar növbəti “El Klasiko”da üz-üzə gələcək. “Santyaqo Bernabeu”da ölkə kubokunun ilk yarımfinal matçı öncəsi fanatlar bu aksiyanı keçirməklə diqqət çəkmək istəyir.

Madridlilər rəqibin hakimlərə rüşvət verməsi iddiası ilə başladılan “Neyqreyra işi”nə eyham vuraraq “Federasiyada korrupsiya” başlıqları yazılan xəbərlərdən ibarət kağızları dağıdıb. Eyni zamanda “Barsa” prezidenti Xuan Laportanın şəkli olan avro banknotları çap edilərək küçələrə səpilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp