“Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Felipe Santos növbəti mövsümə harada başlayacağını bilmir. Bölgə təmsilçisi ilə müqaviləsi bitən cənubi amekiralı yeni təklif almayıb.

Santos “Futbolinfo”ya açıqlamasında bunları deyib: “Hələ heç bir klubdan təklif almamışam. Eyni zamanda, hazırkı klubum da yeni müqavilə üçün maraq göstərməyib. Mən meydanda əlimdən gələni edirəm. Bilirəm ki, istər burada, istərsə də Braziliyada olsun, ən yaxşısını seçəcəyəm”.

Braziliyalı digər klublarımızdan təklif alacağı təqdirdə düşünəcək: “Əgər mənə hər hansı bir təklif gələrsə, ailəmlə oturub məsləhətləşər, hansının karyeram üçün ən yaxşısı olduğuna qərar verərəm. Ümid edirəm ki, hər şey mümkün qədər tez həll olunacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp