Hakan Çalhanoğlu “İnter”də qalacaq. İtaliya klubunun türkiyəli oyunçusu iki İngiltərə təmsilçisinin transfer hədəfinə düşsə də, yarımmüdafiəçi Milanda qalmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, “Sauthempton” və “Lids” yayda Hakanı heyətinə qatmaq niyyətindədir. Lakin bu klubların Premyer Liqada qalacağı şübhə doğurur. Ümumiyyətlə, Çalhanoğlu iddialı klubda oynamaq istəyir və bu baxımdan ən ideal variant “İnter”dir.

29 yaşlı futbolçu 2 il öncə “Milan”ı eyniadlı şəhərin digər təmsilçisinə dəyişib. Onun “İnter”lə gələn mövsümün sonunadək müqaviləsi var. Tərəflər yaxın günlərdə anlaşmanın müddətini artırmaq niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp