Mikel Arteta Aleksandr Zinçenkonu tərifləyib. “Arsenal”ın baş məşqçisi ukraynlı futbolçunun fərqli bir şeylər qatdığı düşüncəsindədir.

İspan məşqçi “Mançester Siti”də işlədiyi vaxtdan tanıdığı futbolçu haqda bunları deyib: “Bu üzdən onu buraya gətirdik. Ağlı, faydalı çalışması, oyunçu səviyyəsi mübahisə mövzusu deyil. Biz topa sahib olarkən onun maraqlı qərarları hücumda daha təhlükəli olmağımıza şərait yaradır”.

Zinçenko ötən yay “Siti”dən transfer olunub. 6 il “şəhərlilər”in üzvü olmuş 26 yaşlı müdafiəçi Artetaya məhz bu komandadan tanışdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp