Bu gün Misli Premyer Liqasında XXV tura start veriləcək.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.

“Zirə” doğma meydanda “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bu turun “Səbail” – “Sumqayıt” və “Sabah” – “Kəpəz” oyunları martın 4-də, “Qəbələ” – “Qarabağ” və “Neftçi” – “Turan Tovuz” görüşləri isə martın 5-də baş tutacaq.

Misli Premyer Liqası
XXV tur

3 mart

“Zirə” – “Şamaxı”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Cəmil Quliyev, Səbuhi Bayramov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp