“Çelsi” daha bir qapıçı axtarır. 31 yaşlı Eduard Mendidən narazı olan klub rəhbərliyi yayda seneqallı ilə yolları ayırmaq fikrindədir.

Futbolinfo.az xəbər verir ki, londonlular Kepa Arrisabalaqaya əsas qapıçı gözü ilə baxır. Bir ara ehtiyata düşən ispan yenidən forma şansı qazanıb. Yeni gələcək qolkiper onunla rəqabət aparmalı olacaq.

Əslində, “zadəganlar” Mendini ehtiyat qapıçı kimi saxlamağın əleyhinə deyil. Amma afrikalı yeni müqavilə üçün maaş endiriminə razılaşmır. Bu üzdən ona xələf axtarışı başlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp