Martın 7-də Polşa yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi bu gün Bakı-İstanbul-Berlin reysi ilə səfərə çıxıb.

Futbolinfo.az xəbər verir ki, Berlindən oyunun keçiriləcəyi Polşanın Koşalin şəhərinə avtobusla hərəkət edəcək millinin düşərgəsində bu futzalçılar yer alıb:

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli;

Oyunçular: Eduardo Borges, Rafael Vilela, Xətai Bağırov, Amadeu, Felipinyo, Xəzər Ağalızadə, Tyaqo Bolinya, Ramiz Çovdarov, Fineo, İsa Atayev, Qallo, Hadi Ahmadi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp