Dieqo Simeone Madrid “Atletiko”sunda yeni rekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis Madrid klubunun sükanı arxasında 613-cü oyununa çıxıb.

“Atletiko” İspaniya La Liqasının 24-cü turu çərçivəsində “Sevilya”nı qəbul edib. Simeone bu matçda Luis Araqonesin rekordunu geridə qoyub. Komandası onun bu əlamətdar matçını 6:1 hesablı qələbə ilə yekunlaşdırıb.

Xatırladaq ki, o, 2011-ci ildən paytaxt klubunda işləyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp