Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış fasiləsində keçdiyi Türkiyənin “Konyaspor” klubunda rəsmi debüt edib.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu Super Liqanın 24-cü turu çərçivəsində evdə “Girəsunspor”a qarşı keçirdikləri oyunda start heyətdə meydana çıxıb.

Xatırladaq ki, Emreli müqavilə ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsusdur və “Konyaspor”a cari mövsümün sonunadək icarəyə verilib.

239e42bb 0327 43e5 ab8c 9877cd4a3abb - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp