“Milan” “Çelsi”nin oyunçusu Ruben Loftus-Çiki transfer etmək istəyir. İtaliya klubu London təmsilçisindəki durumundan razı olmayan mərkəz yarımmüdafiəçisini yayda heyətinə qatmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, Ruben əsas heyətdə müntəzəm oynaya bilməməsindən məmnun deyil. “Zadəganlar”ln son transfer hərəkatından sonra isə onun şansları bir qədər də azalıb. Bu üzdən yarımmüdafiəçi yeni macəra axtarışındadır.
“Milan” “Çelsi” ilə müqaviləsi gələn yay bitəcək oyunçuya bu mövsümün sonunda rəsmi təklif irəli sürəcək. Londonlular 25 milyon avro transfer dəyəri olan 27 yaşlı futbolçunu buraxmağın əleyhinə deyil. Klubun yetirməsi 2015-ci ildən əsas komandaya cəlb edilsə də, iki dəfə fərqliklublara icarəyə verilib. Onun bu dəfə İngiltərə paytaxtını birdəfəlik tərk edəcəyi gözlənilir.