Aleks Oksleyd-Çemberlen “Liverpul”u tərk etməyə hazırlaşır. Əsas heyətə düşə bilməyən yarımmüdafiəçisi yayda başqa komandaya keçəcək.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi mövsüm bitən kimi başqa komandalarla danışıqlara başlayacaq. Müqavlə müddəti bitən oyunçu klubdan yeni təklif almayıb.

6 il öncə “Arsenal”dan transfer olunan futbolçu bu müddətdə özünü doğrultmağı bacarmadı. İlk vaxtlar yaxşı çıxış etsə də, daha sonra rəqabətə davam gətirmədi. O zaman 38 milyon avroya transfer edilən yarımmüdafiəçiyə indi ingiltərənin ortabab klubları da ciddi maraq göstərmir.

Shares: