Daha bir cənubi amerikalı istedad Avropa yolundadır. “Atletiko Paranaense” Vitor Rokeni satmaq üçün təklifləri dəyərləndirmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, gənc hücumçuya ilk təklif “Barselona”dan gəlib. Lakin Braziliya klubu 25 milyon avronu yetərli saymır. Onlar ötən il transfer edilən “Kruzeyro” yetirməsini daha yaxşı qiymətə satmaq niyyətindədir.
Daha bir neçə klubun maraq götərdiyi 18 yaşlı futbolçunun “Atletiko Paranaense” ilə müqaviləsi 2027-ci ilin iyununa kimidir.