Manuel Uqarte “Sportinq”in yeni müqavilə təklifindən imtina etdi. Futbolçu İngiltərənin bir neçə klubundan sərfəli şərtlərlə dəvət aldığından Lissabonda qalmaq istəmir.

Futbolinfo.az xəbər verir ki, komandanın əsas üzvlərindən biri olan 21 yaşlı uruqvaylının hələ 2027-ci ilin yayına kimi müqaviləsi var. Lakin istedadlı yarımmüdafiəçi oyunu ilə daha böyük klubların diqqətini çəkdiyindən, “Sportinq” onunla daha uzunmüddətli əməkdaşlıqda maraqlıdır. Futbolçu isə İngiltərəyə can atır və yayda klubunun onu satmasını istəyir.

2 il öncə “Famalikao” dan 6,5 milyon avroya transfer edilən futbolçunun sərbəstqalma dəyəri 52,8 milyon funt-sterlinqdir.

Shares: