“Sauthempton” İngiltərə Premyer Liqasında qala bilməsə, əsas ulduzu Ceyms Uord-Prouzu itirəcək. Hazırda çətin günlərini keçirən, autsayderlər qrupundan qurtula bilməyən komandanın lideri aşağı dəstədə oynamaq istəmir.
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi ilə “Tottenhem” və “Vest Hem” maraqlanır. “Mahmızlılar” bu transferə daha yaxın görünür. “Sauthempton” Premyer Liqada qala bilsə, vəziyyət dəyişəcək.
28 yaşlı “Sauthempton” yetirməsi bütün karyerasını bu kluba həsr edib. Onun daha 3 illik müqaviləsi var. Ceymsin transfer dəyəri 50 milyon avro civarındadır.