Yuri Tilemansın “Real”da oynamaq variantı ortaya çıxıb. Belçikalı futbolçu madridlilərin alternativ variantıdır.
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçinin bir neçə ingilis klubundan təklifi var. Amma İspaniyaya köçmək variantı yarandığından, o, qərarını yaya saxlamağı lazım bilib. Cud Bellingemi almaq üçün İngiltərə nəhəngləri ilə mübarizə aparan “Real” istəyinə çatmasa, Tilemansla müqavilə bağlamağa çalışacaq.
Yurini heyətə qatmaq çətin olmamalıdır. “Lester”lə müqaviləsi yayda bitəcək 25 yaşlı yarımmüdafiəçi ilə yalnız şəxsi müqavilənin şərtlərində razılığa gəlmək lazımdır.