Region Liqasında mübarizə aparan “Karvan”ın qapıçısı Amil Orucov klub rekorduna imza atıb. 36 yaşlı qolkiper bu tur baş tutan “Karvan” – “Ağstafa” görüşündə penaltidən fərqlənməklə cari mövsümdə 3-cü qolunu vurub. Orucov qrup mərhələsində keçirilən “Göy-Göl” və “Qala”ilə oyunlarda da rəqib qapılarına yol tapmağı bacarmışdı.

Hər üç qolu penaltidən vuran Amil, indi əsas məqsədinin cərmə zərbəsindən fərqlənmək olduğunu deyir.

Qeyd edək ki, “Karvan” Region Liqasının Şimal-Qərb regionu üzrə keçirdiyi 13 oyunda 30 xal yığmaqla qrup mərhələsini ilk pillədə başa vurub.Bu nəticə ilə yevlaxlılar pley-off mərhələsinə vəsiqəni təmin edib.

BƏHRUZ MUSAYEV, YEVLAX

Shares: