Adrian Rabyo gələcəyi barədə qərar verməyib. Amma o, mütləq Çempionlar Liqasında çıxış edən komandaya gedəcək.

Futbolinfo.az xəbər verir ki, Fransa yığmasının oyunçusu bu barədə ölkəsinin mətbuatına açıqlama verib: “Çempionlar Liqasında oynamaq istəyirəm. Gələcəyim bu faktordan birbaşa asılıdır”.

Yarımmüdafiəçi məhz bu üzdən “Yuventus”dan ayrılmaq üzrədir. Turin klubu hesabından 15 xal silindikdən sonra qitənin ən nüfuzlu klub yarışından kənar qalmaq təhlükəsi ilə qarşıqarşıyadır: “Hələlik “Yuventus”la yeni müqavilə barədə danışmamışıq. Bunun üçün zamanımız olacaq. Mövsümün sonuna kimi vəziyyət dəqiqləşəcək”.

Xatırladaq ki, Adrian Turinə 4 il öncə PSJ-dən gəlib. 27 yaşlı futbolçu yeni müqavilə imzalamaqda tərəddüd edir. Onun həm Parisə qyıtmaq, həm də İngiltərəyə yollanmaq variantı var.

Shares: