“Real”ın prezidenti Florentino Peres La Liqada “Betis”lə heç-heçədən (0:0) sonra komandanın baş məşqçisi Karlo Ançelotti ilə görüşüb.

Futbolinfo.az xəbər verir ki, klub rəhbəriylə italiyalı mütəxəssis arasında söhbət o qədər uzanıb ki, Ançelotti mətbuat konfransına gecikib.

Hətta Florentino Pereslə Ançelotti arasında münasibətlərin gərginləşdiyi bildirilir.

Xatırladaq ki, “Real” La Liqada lider “Barselona”dan 9 xal geri qalır.

Shares: