“Barselona” yarımmüdafiəçisi Serxi Robertoyla müqavilənin müddətini artırıb.

Futbolinfo.az xəbər verir ki, yeni müqaviləyə əsasən 31 yaşlı futbolçu 2024-cü ilin yayınadək La Liqa klubunda oynayacaq.

Anlaşmaya görə, onun təzminat məbləği 400 milyon avrodur. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti mövsümün sonunda başa çatırdı.

Serxi Roberto “Barselona”nın öz yetirməsidir. O, 2010/11 mövsümündən bu klubun əsas komandasında çıxış edir. İspaniya yığmasında da oynamış futbolçu, “Barselona”da meydana çıxdığı 340 matçda 15 qol vurub.

Shares: