“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli futbolinfo.az saytına müsahibə verib. Uzunmüddətli zədədən sonra geri qayıdan paraqvaylı, “Turan Tovuz”la görüşdə qol hesabını açmaqla yenidən əvvəlki günlərinə qayıtdığını göstərir. Düzdür, hələ ki, 90 dəqiqə oynamağa hazır deyil, lakin formaya düşməyə çalışır.
– “Turan Tovuz” bir neçə matçda əla komanda olduğunu göstərmişdi. “Neftçi” isə bu oyunda ciddilik nümayiş etdirdi. Düşünürəm ki, biz yaxşı komanda işi ilə qalib gələ bildik.
– Uzun müddət sonra qol vurdun. Bu, sənə motivasiya verəcək?
– Qola görə sevinirəm, çünki bu, inam verir. Amma nəticəyə görə daha çox sevinirəm və biz qalib gəlmək istəyən “Neftçi” komandası gördük. Bu istək, əzmkarlıq gələcəkdə komandaya təsir edəcək.
– Zədədən qayıtdıqdan sonra ilk dəfə start heyətində başladın. Artıq özünə tam gəlmək üçün nə qədər vaxt lazımdır?
– Bəli, gündən-günə özümü daha yaxşı hiss edirəm. Artıq öz istədiyim kimi oynamaq niyyətindəyəm. Formamı bərpa etmək üçün təcrübəyə ehtiyacım var. Qayıdıb komandaya kömək edə bildiyim üçün xoşbəxtəm.
– Bundan sonra daha çox şans qazana biləcəksən?
– Hazırda mən yalnız matçlarda komandamızın yaxşı nəticə qazanmasını düşünürəm.
– Komanda 5 oyundur ki, evdə ardıcıl qələbələr qazanır. Səncə, bu gedişlər “Neftçi” hədəflərinə çata biləcək?
– Hədəflərimizə çatmaq üçün əlimdən nə gəlirsə, edəcəm. Bu çıxışı davam etdirməliyik.
– Qarşıda “Şamaxı” ilə səfər oyunu var. Bu rəqib autsayderlərdən olsa da, çox komandalara problem yarada bilib.
– Bu həftə qalibiyyət üçün əlimizdən gələni edəcəyik.
CAVAD