Joao Feliks gələcəyinin necə olacağını bilmir. “Atletiko”ya məxsus olan, icarə qaydasında “Çelsi”də oynayan portuqaliyalı hər şeyə mövsüm bitdikdən sonra qərar verəcək.

Futbolinfo.az xəbər verir ki, hücumçu Londonda özünü yaxşı hiss edir: “Gələcəyimin necə olacağını kimsə dəqiq bilmir. “Çelsi”də özümü əla hiss edirəm. Zamanla nəticələrimiz də yaxşılaşacaq”.

Joao Madriddən ayrılmasını düzgün qərar sayır: “Bu, həm mənim, həm də onlar üçün yaxşı oldu. Fərqli fürsət və sınaqdır. Mühiti dəyişmək üçün əla anlaşma oldu. Davamının necə olacağına baxacağıq”.

Xatırladaq ki, Feliksin “Atletiko”yla 4 illik müqaviləsi qalır. Madridlilər 23 yaşlı oyunçunu 120 milyon avroya satmaq niyyətindədir. “Çelsi” buna cəhd etməsə, oyunçu icarə müddəti bitən kimi İspaniyaya qayıdıb təklif gözləyəcək.

Shares: