Lionel Messi PSJ-də qalıb-qalmayacağı ilə bağlı danışmayıb. Paris klubunun yeni müqavilə təklifini geri çevirdiyi deyilən argentinalı, Fransa mətbuatına müsahibəsində yalnız gündəlik yaşamından bəhs edib.

Futbolinfo.az xəbər verir ki, Leo yeni şəhərə gec uyğunlaşdığını, lakin indi hər şeydən zövq aldığını deyib: “PSJ-də özümü əla hiss edirəm. İlk il Parisə uyğunlaşmaqda çətinlik çəkdim. Lakin mənə göstərilən əla münasibət üzündən hər şey geridə qaldı. İndi Fransa paytaxtında çox xoşbəxtəm. Bu mövsümə böyük həvəslə başlamışam və hədəflərimizə çatacağımıza inanıram”.

Shares: