Ussem Auar bir sıra klubların maraq dairəsinə düşüb. Uzun müddətdir “Milan”ın izlədiyi futbolçunu “Roma”, “Ayntraxt”, “Napoli” və “Betis” heyətində görmək istəyir.

Futbolinfo.az xəbər verir ki, müdafiəçinin yayda azad agentt olacağı faktı müştəriləri daha da həvəsləndirib. Lion “Olimpik”inə ödəniş etmədən belə bir oyunçuya sahib çıxmaq onlar üçün əla fürsətdir. Ussem ən yaxşı dəvəti gözlədiyindən qərarını verməyib.

24 yaşlı Əlcəzair əsilli fransalı indiyədək yalnız yetirməsi olduğu “Olimpik”də oynayıb. Lakin indi o, mühiti dəyişmək istəyir. Bu səbəbdən lionluların yeni anlaşma təklifini qəbul etməyib.

Shares: