FIFA referisi Əliyar Ağayev UEFA Avropa Konfrans Liqasında növbəti dəfə təyinat alıb. Təcrübəli hakim Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasını idarə edəcək.

Martın 9-da Moldovada baş tutacaq oyunda ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Shares: