Bu gün AFFA-nın Növbəti Hesabat Konfransı, dərhal sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək. “Fairmont” hoteldə baş tutacaq tədbir saat 10.00-da start götürəcək.
Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
– Prezident tərəfindən iclasın açıq elan edilməsi;
– Konfransın tərkibinin yoxlanılması;
– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;
– Maliyyə hesabatlarının təsdiq olunması;
– Müstəqil auditorun hesabatını nəzərə almaq;
– Hər hansı vakant vəzifəyə seçkilər;
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması;
– Digər məsələlər.