“Turan Tovuz” klubunun avtobus problemi həll olunub.
Futbolinfo.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinə 200 min manat dəyərində olan yeni nəqliyyat vasitəsi alınıb.
Bu barədə Futbolun İnkişaf Fondunun rəhbəri Tural Piriyev açıqlamasında deyib. O, məbləğin yarısını fondun, yarısını isə “Turan Tovuz”un əsas sponsoru olan “Huner Group”un ödədiyini bildirib:
“Avtobusun qiyməti 200 min manatdır. Bu vəsaitin 100 min manatı “Turan Tovuz 100 k” layihəsindən yığılıb. Digər 100 min manatı isə “Huner Group” ayırıb”.