Növbəti mövsüm I Divizionda çıxış edəcək klublardan biri bəllidir. Əldə etdiyimiz məlumata görə, Yevlaxda yenidən əsl böyük futbol izləyəcəyik.
Futbolinfo.az xəbər verir ki, “Karvan” artıq I Divizionda oynamaq üçün əməli fəaliyyətə keçib. AFFA-ya müraciət edən klub, ilkin razılıq aldıqdan sonra həll edilməsi vacib olan problemləri aradan qaldırmaq üçün səy göstərir.
Artıq yerli stadionda təmir işlərinə start verilib. Ayın sonunda AFFA-dan bir qrup nümayəndə Yevlaxa yollanıb, vəiyyətlə yerində tanış olacaq.
“Karvan” Divizionda oynayacağından o qədər əmindir ki, yayda qurulacaq komandanı formalaşdırmaq üçün bəzi futbolçularla danışıqlar aparılır. Komandanı Kənan Kərimov çalışdıracaq, ona Rəşad Yusifov və Mehman Baxışov kömək edəcək.