Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

  1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbir planının hazırlanması AFFA-nın baş katibliyinə tapşırılsın.
  2. 2024-2028-ci illər üçün UEFA və 2023-2026-cı illər üçün FIFA tərəfindən ayrılacaq müvafiq maliyyə vəsaiti müxtəlif regionlarda yeni infrastruktur layihələrinin inşasına ayrılsın.
  3. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri təsdiq olunsun:
    U-19 – Aqil Nəbiyev
    U-18 – Elxan Abdullayev
    U-17 – Füzuli Məmmədov
    U-16; U-15 – İlham Yadullayev
    U-19 (qızlar) – Həbib Ağayev
  4. AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibi aşağıdakı kimi təsdiq olunsun:

Apellyasiya Arbitraj Tribunalı
Sədr:
Nazim Rəşidov – Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi

Üzvlər:
Rüfət Kərimov – Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin nümayəndəsi
Arif Əyyubov – Vəkillər Kollegiyasının üzvü
Orxan Məmmədov – Dövlət Vergi xidmətinin nümayəndəsi
Rəşad Qasımov – Fərdi sahibkar
Cavid Quliyev – Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi

Oyunçuların Statusu və Transferi Komitəsi
Sədr:
Tural Eyvazov – Hüquqşünas

Üzvlər:
Orxan Əhmədov – AFFA-nın əməkdaşı
Seymur Səlimli – AFFA-nın əməkdaşı
Fərid Haqverdiyev – Hüquqşünas
Elgiz Abbasov – PFL-in əməkdaşı

Katib:
Nurlan Zeynalzadə – AFFA-nın əməkdaşı

İntizam Komitəsi
Sədr:
Erkin Hüseynov – Hüquqşünas

Üzvlər:
Məlik Həsənov – PFL-in əməkdaşı
Qabil Nəcəfov – AFFA-nın əməkdaşı
Elçin Məmmədov – AFFA-nın əməkdaşı
Aslan Şahgəldiyev – PFL-in vitse-prezidenti
Ramil Cahangirov – Hüquqşünas
Ömər Paşayev – Hakimlər Komitəsinin üzvü

Səs hüququ olmayanlar:
Namiq Əliyev – İntizam üzrə müfəttiş
Müzəffər Müzəffərli – PFL-in əməkdaşı
Rəna Əsədova – AFFA-nın əməkdaşı

  1. AFFA-nın Futbol Veteranları üçün fərdi təqaüdləri haqqında Əsasnaməsinə əlavə və dəyişikliklərin olunması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılsın
  2. Birinci Divizionda çıxış etmək üçün klubların Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərar ləğv olunsun
  3. Misli Premyer Liqası, Birinci Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunması PFL-ə həvalə olunsun
  4. 2023-2024-cü il mövsümündən etibarən Birinci Divizion və əvəzedici heyətlərin çempionatları ayrı-ayrılıqda keçirilsin. Hər iki çempionat hər birində 10 komanda olmaqla təşkil olunsun
  5. 2023-24-cü illər mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırma qaydaları tətbiq olunsun. Müvafiq meyarların hazırlanaraq İcraiyyə Komitəsinə təqdim olunması AFFA-nın baş katibliyinə və PFL-ə tapşırılsın.

İcraiyyə Komitəsinin iclasında Yoxlama və Təftiş Komitəsi tərəfindən hesabat məruzəsi təqdim olunub.

Shares: