“Milan” Ante Rebiçi satmağa hazırlaşır. İtaliya klubu heyətə düşməkdə çətinlik çəkən xorvat hücumçunun xidmətində maraqlı deyil.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə bir neçə Bundesliqa klubu maraqlanır. Milan Rebiçi 15 milyon avroya satmaq niyyətindədir.

2020-ci ildə “Ayntraxt”dan gələn futbolçunun elə Frankfurta dönüşü gözlənilir. Rebiçin “Milan”la iki illik müqaviləsi var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp