“Bayern”in hücumçusu Tomas Müller Kilian Mbappedən çəkindiklərini etiraf edib. Alman hücumçu sabah Çempionlar Liqasında PSJ ilə matçın çətin keçəcəyini bildirib.

Münhenlilər 1/8 final mərhələsinin ilk oyununda səfərdə 1:0 hesabı ilə qalib gəlsə də, ehtiyatlanır: “PSJ-dəki ən möhtəşəm oyunçu Mbappedir. Onu çox bəyənirəm, hər an bir şeylər edə bilər. Amma planımız baş tutsa, sabah hər şey bizim üçün yaxşı olacaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp