Bruno Gimaraynş “Nyukasl”dan ayrılmaq istəmir. O, uzun müddət “sağsağanlar”ın heyətində qalmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, brazilyalı yarımmüdafiəçi Çempionlar Liqasına düşməyi hədəfləyib: “Gələcəkdə “Nyukasl” hər il Çempionlar Liqasında oynayacaq. Mən də komandanın bir parçası olmaq, uzun müddət burada qalmaq istəyirəm. Klubun böyük tarxi var və onu yenidən nəhənglər sırasına qaytarmağa çalışacağıq”.

Bruno baş məşqçini də tərifləyib: “Eddi Xau çox əla mütəxəssisdir. Onun bir gün İngiltərə millisini çalışdıracağına əminəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp