“Liverpul” Ceyms Meddisonu heyətinə qatmaq istəyir. Mersisaydlılar “Lester”in aparıcı oyunçusunu yayda heyətinə qatmağa cəhd edəcək.

Futbolinfo.az xəbər verir ki, heyətini bütünlüklə yeniləməyi düşünən, bu üzdən müqaviləsi bitənlərə yeni anlaşma təklif etməyən “tülkülər” də Ceymsi satmağın əleyhinə deyil. Futbolçu üçün 70 milyon avro tələb edən “Lester” gözləmədədir.

“Liverpul”un transferlərə ayıracağı büdcə Çempionlar Liqasına vəsiqə qazamnmasından asılı olaraq dəyişəcək. Yürgen Kloppun yetirmələri bunu bacarsa, Meddison da əsas transfer hədəfi olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp