“Sumqayıt”la oyunun ilk 15 dəqiqəsində rəqib üzərində üstünlüyümüz var idi. Təəssüf ki, bundan yararlana bilmədik”. Bunu futbolinfo.az-a açıqlqmasında “Səbail”in müdafiəçisi Rafael Məhərrəmli deyib.

O, Misli Premyer Liqasının 25-ci turunda “Sumqayıt”la matçdan danışıb: “Bilirdik ki, çətin olacaq. Həmçinin rəqib üçün də bu oyun vacib idi. Komanda yoldaşəma göstərilən qırmızı vərəqə də planları pozdu, sistemin dəyişməsinə səbəb oldu. Son saniyədəki penalti isə tamaimilə bəxtsizlikdən qaynaqlanırdı”.

Məhərrəmli bildirib ki, komanda hazırda olduğu pilləyə layiq deyil: “Baxımlı futbol sərgilədiyimizi düşünürəm. Bütün komanda vəziyyətin fərqindədir. Xal ehtiyatımızı artırmalı, bu zolaqdan kənarlaşmalıyıq. Bunun üçün də var gücümüzlə çalışırıq. Hər matça rəqibin kimliyindən asılı olmayaraq, qələbə üçün çıxırıq. Növbəti matç da elə olacaq. Özümüzü ən yaxşı tərəfdən göstərmliyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp