21 yaşadək futbolçulardan ibarət millimizin sabiq üzvü Emil Mustafayev Ukrayna yığmasında oynamaqdan imtinasının səbəbi haqda danışıb.
Futbolinfo.az “sport.ua”ya istinadən xəbər verir ki, Ukrayna “Aleksandriya”sında oynayan 21 yaşlı yarımmüdafiəçi bununla bağlı deyib: “Ukrayna Futbol Federasiyasından ölkənin gənclər millisində oynamaq təklif var idi. Mən bundan imtina etdim, çünki təşəbbüsü daha əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyası vermişdi. Razılaşdıq ki, onların komandasında oynayacağam. Ukraynadan təklif gec oldu. Artıq Azərbaycana uçmalı idim. Bəli, Ukraynada doğulmuşam. Amma mən Azərbaycana söz vermişdim və sözümə sadiq qaldım”.
Qeyd edək ki, Mustafayev U-21 millimizdə 2 oyuna çıxıb.