“Sabah” klubunun keçmiş futbolçusu Petar Şkuletiç peşəkar karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, serbiyalı hücumçu bu barədə ölkəsinin mətbuatına açıqlama verib. O, 32 yaşında futbolla vidalaşıb.
Şkuletiç 2021-ci ilin sentyabr ayından oktyabrın sonunadək “Sabah”da çıxış edib. O, Azərbaycan klubunun heyətində 4 rəsmi matçda meydana çıxıb.
Şkuletiç karyerası ərzində “Partizan”, LASK, “Voyvodina”, “Sivasspor”, “Lokomotiv”, “Monpelye” kimi klublarda çıxış edib.