Markus Reşford Bruno Fernandesdən çox razıdır. “Mançester Yunayted”in hücumçusu son günlər tənqidlərə məruz qalan komanda yoldaşından məmnunluqla danışıb.

Futbolinfo.az xəbər verir ki, ingiltərə hücumçu bunları deyib: “Brunonu çox bəyənirəm. On, digər oyunçuların liderə çevrilməsində də müstəsna rol oynayır. Mövqeyində ən yaxşılardan biridir. 100 faiz güvəndiyim azsaylı oyunçulardandır”.

Markus portuqaliyalı ilə rahat anlaşdığını söyləyib və baş məşqçini də tərifləyib: “Erik ten Haqla işləmək zövq verir. Onun güvənini hiss etmək xoşdur. O, gələndən sonra çox rahatam və arxama baxmadan oynayıram”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp