“Bayern”in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/8 finalında PSJ-yə qalib gələrək 1/4 finala adlamaları barədə danışıb. O, ötən gecə PSJ ilə keçirilən cavab görüşündən (2:0) sonra qələbəni belə şərh edib:

“Hər zaman nəticə necə oynamağımızdan asılıdır. Futbol həvəsini və aurasını öz bacarığımızla birləşdirə bilsək, hər şeyə nail ola bilərik. Hər şey həmişə bu iki cəhətin bir yerdə olmasından asılıdır. Belə olanda biz inanılmaz dərəcədə yaxşı oynayırıq. Bundesliqada da bizə problem yarada biləcək çoxlu komanda var, çünki onların hər biri “Bayern”ə qarşı oynamaq üçün düzgün düşüncəyə, münasibətə malikdirlər. Bugünkü oyunun birinci hissəsində matçdan əvvəl çox müzakirə etdiyimiz şeyi bacara bilmədik. Yəni, özümüz üçün boş zonalar yaradıb, yararlanmadıq.  İkinci hissədə daha yaxşı müdafiə olunduq və topa sahib olduğumuz zaman təhlükə yaratdıq. Sonda biz layiqli qələbə qazandıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp