Mikel Arteta “Real”ı çalışdıra bilər. “Arsenal”ın baş məşqçisi Karlo Ançelottinin xələfi olmağa əsas namizəddir.

İspaniya mətbuatının yazdığına görə, Madrid təmsilçisi 40 yaşlı mütəxəssislə maraqlanır. Yayda istefaya göndəriləcəyi gözlənlən italiyalını məhz ispan mütəxəssis əvəz etməlidir.

2019-cu ilin dekabrından “Arsenal”a rəhbərlik edən Arteta London klubunu Premyer Liqanın hazırkı lideri edə bilib. “Real” isə La Liqada 53 xalla 2-cidir. Onlar lider “Barselona”dan 9 xal geridədirlər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp