Mauritsio Poçettino qəribə seçim qarşısındadır. Argentinalı mütəxəssis iki sabiq klubundan eyni vaxtda dəvət alıb.

Futbolinfo.az xəbər verir ki, dünən Çempionlar Liqası ilə vidalaşan “Tottenhem” və PSJ yayda baş məşqçisini dəyişəcək. Antonio Kontenin Londondan ayrılacağı demək olar, dəqiqdir. Çıxış etdiyi bütün yarışlarda mübarizəni dayandıran “mahmızlılar”, Premyer Liqada da yaxşı günlər yaşamır. Komandanın Çempionlar Liqasına yollanmaq üidləri davam etsə də, klub rəhbərliyi ümui durumdan məmnun deyil. Bu üzdən italiyalı ilə mövsmümün sonunda bitəcək müqavilə yenilənməyəcək.

Kristofer Qaltyenin də durumu yaxşı deyil. PSJ Liqa 1-də liderliyini davam etdirsə də, klub rəhbərliyi ÇL-də uğur istəyir. Amma komanda uğursuzluqları sıralamaqdadır, dünən mübarizəni 1/8 finalda dayandırdı. Bu üzdən yayda fransız mütəxxəssisin yola salınacağı şübhə doğurmur.

Maraqlıdır ki, hər iki klub avrokubok perspektivlərinin yaxşı olmadığını görərək dünənki matçlara kimi yeni məşqçi axtarışına çıxmışdı. Və hər iki klubun siyahısında Poçettinonun adı var. Londonlular argentinalı mütəxəssisi geri qaytarmağa daha ciddi yanaşır.

Mauritsio 2014-19-cu illərdə “Tottenhem”ə, 2021-22-ci illərdə PSJ-yə rəhbərlik edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp