Eden Hazard “Real”da qalmaq istəyir. O, komandada baş məşqçi dəyişikliyi reallaşacağı halda müqaviləsinin bitəcəyi 2024-cü ilin yayınadək Madrid klubunda oynamaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi belçikalını satmaq istəyir. 32 yaşlı yarımmüdafiəçi isə yeni baş məşqçidən daha çox oyun vaxtı ala biləcəyi ümidi ilə İspaniyada qalmaq variantını nəzərdən keçirir. Karlo Ançelottinin güvənmədiyi futbolçu durumundan narazıdır. Son vaxtlar italiyalı mütəxəssisin istefasının gündəmə gəlməsi onu həvəsləndirib.

2019-cu ildə “Çelsi”dən115 milyon avroya transfer olunan və 5 illik müqavilə bağlauyan Hazard bu müddətdə komandaya ciddi fayda verməyib. Daim ya zədəli olan, ya da vaxtını ehtiyat oyunçular skamyasında keçirən Eden ümidləri doğrultmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp