“Betis”in baş məşqçisi Manuel Pelleqrini “Mançester Siti”nin müdafiəsinə qalxıb. O, klubun böyük pullar xərcləməsinin tənqid edilməsinə müsbət yanaşmır.

Futbolinfo.az xəbər verir ki, 2013-16-cı illərdə İngiltərə təmsilçisinə rəhbərlik etmiş mütəxəssis “şəhərlilər”in hər zaman niyə hədəf seçilməsini anlamır: “Bu kluba yönələn tənqidlər həmişə haqsız olub. Digər klublarla arada astronomik fərq olsaydı, o zaman tənqidlər ədalətli sayılardı. Amma “Çelsi”, “Mançester Yunayted”, “Liverpul”, “Arsenal”da transverlərə böyük pullar xərcləyir. Hansısa klub 100 milyona oyunçu alarkən, “Siti” bunun iki qatını ödəsəydi, tənqidçilərlə razılaşardım. Amma belə deyil”.

Pelleqrini “şəhərlilər”in böyümək arzusunu təbii qarşılayır: “Nə qədər çox pul xərclənirsə, bu, klubun gələcəyinin qurulması baxımından o qədər yaxşıdır. Təbii ki, nəzarət olmalıdır, həddi aşmağa imkan verilməməlidir. Mançesterlilərin layihəsində qeyri-adi heç nə yoxdur, bütün böyük klublar belə edir. Sabiq klubum ölkə xaricindən investisiya cəlb edir və bu, Premyer Liqanın cazibəsini artırır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp