PSJ-də təcili toplantı təyin olunub. Bu gün klub rəhbərliyi bir araya gələrək komandanın durumunu dəyərləndirəcək.

Futbolinfo.az xəbər verir ki, prezident Nasser Əl-Xelaifi komandanın dünən “Bayern”ə uduzaraq Çempionlar Liqasında çıxışını dayandırmasından qəzəblənib. Qətərli iş adamı bu səbəbdən İdarə Heyətini toplamağı lazım bilib.

Liqa 1-də lider olmaq Əl-Xelaifini qane etmir. O, baş məşqçi Kristofer Qaltyenin PSJ-ni yenə mərhələyə çıxara bilməməsindən narazıdır və mövsüm bitən kimi onunla yolları ayırmaq niyyətindədir. Bugünkü toplantıda müzakirələr aparılacaq və qərarlar veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp